Bolqarıstanın "Levski" klubunun hücumçusu Çvetan Genkov karyerasını Azərbaycanda davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə bolqar mətbuatı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, o, yanvar ayında Premyer Liqa klublarımızdan birinin düşərgəsinə qoşulacaq. Amma Genkovun konkret hansı klubumuza keçəcəyi barədə heç bir məlumat verilmir.
 
Qeyd edək ki, 1984-cü il təvəllüdlü futbolçu həm də Bolqarıstan yığmasının üzvüdü. O, karyerası ərzində Mezdra "Lokomotiv"i, Sofiya "Lokomotiv"i, Moskva "Dinamo"su (Rusiya), "Visla" kimi klublarda da top qovub. Son klubu "Levski" ilə 3 illik müqaviləsi olsa da, qışda onun bu komandadan ayrılması gözlənilir.
Shares: