Son günlərdə "Xəzər Lənkəran"a keçəcəyi gözlənilən Slavik Alxasovun transferi nəhayət ki, reallaşıb. Bu barədə futbolinfo.az saytına futbolçu özü məlumat verib.
Alxasov artıq cənub klubu ilə bu gün müqavilə imzalayıb. Tərəflər 2 illik anlaşmaya imza atıblar.
Qeyd edək ki, Alxasov müqavilə ilə "Neftçi"yə məxsus idi. Amma o, mövsümün ilk yarısını icarə əsasında "Sumqayıt"da keçirmişdi.
ELSEVƏR





