"Barselona"da üzlər gülür. Lionel Messidən sonra bu dəfə də komandanın zədəli qapıçısı Viktor Valdes sıralara qayıdıb.
 
Futbolinfo.az xəbər verir ki, bu barədə həkimlər yekun qərar veriblər. Noyabrın sonunda xəsarət alan ispan qolkiper o vaxtdan yaşıl meydanlardan uzaq qalmışdı. Artıq Valdes qarşıdakı matçda – bazar günü “Elçe” ilə səfər qarşılaşmasında qapıda olacaq.
Shares: