Topaz Premyer Liqasının 18-ci turundan sonra fasiləyə yollanan "Neftçi" bu gün bir araya gələcək. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi klubun təlim-məşq bazasında toplaşacaq.
 
Komanda Nazim Süleymanovun başçılığı altında saat 15:00-da yeni ildəki ilk məşqinə çıxacaq.
 
Qeyd edək ki, "ağ-qaralar" yanvarın 12-də Antalyaya yollanacaq. Qardaş ölkədəki məşqlər 15 gün davam edəcək.
Shares: