Azərbaycan 1-ci Divizonunda qış çempionu olan "Araz Naxçıvan" dünən Bakıya gəlib. Futbolinfo.az xəbər verir ki, bölgə təmsilçisi "Neftçi"nin təlim-məşq bazasında məskunlaşıb və məşqlərini də bazanın stadionunda keçirir. Muxtar Respublika klubu yanvarın 22-nə qədər paytaxtda qalacaq.
Əldə etdiyimiz digər məlumata görə, "Araz Naxçıvan" müdafiəçi Mikayıl Rəhimovu sabah İstanbula göndərir. Buna səbəb isə Rəhimovun ayağında zədəsinin olmasıdı. Müalicə müddəti bitdikdən sonra müdafiəçi yenidən komandanın düşərgəsinə qayıdacaq.





