Birinci divizionun ortabab klublarından olan "Şəmkir"də təmizləmə əməliyyatına start verilib. Futbolinfo.az xəbər verir ki, baş məşqçi Ruslan Abbasov ilk növbədə komandanın gəncəli futbolçularını hədəfə alıb.
Abbasov keçmiş futbolçu dostlarından olan Rövşən Əhmədovla Cavid Əhmədovun oğlanlarını komandasından göndərib. Belə ki, o, Asif Əhmədov və Elmar Əhmədovu heyətdən kənarlaşdırıb. Sonuncunun atası hazırda əsas milli komandanın inzibatçısı vəzifəsində çalışır.
Onu da qeyd edək ki, hər iki futbolçu ötən mövsümü "Kəpəz"in əvəzedici heyətində çıxış edib. Onların "Kəpəz"ə qayıtması gözlənilir.





