Hazırda A Seriyasının ən bədbin klubu bəlkə də “Milan”dı. Lider “Yuventus”dan düz 27 xal geri qalan “rossonyerlər” heç alışmadığı bir nöqtədə – 11-ci pillədədi. Futbolinfo.az xəbər verir ki, cari mövsüm cəmi 5 qələbəsi olan “qırmızı-qaralar”da ən aktual mövzu davamlı tənqid olunan baş məşqçi Massimiliano Alleqrinin nə vaxt postundan gedəcəyidi. Kaka, Robinyo və Mario Balotelli kimi ulduzlara sahib olmasına baxmayaraq, ümidləri doğrultmayan mütəxəssis nəhayə ki, klubdakı taleyi haqda bütün suallara aydınlıq gətirib.
 
46 yaşlı mütəxəsssis mətbuat konfransında “Milan”ı tərk edəcəyi vaxtı dəqiq açıqlayıb: "Yeni mövsümdə “Milan”ın baş məşqçisi olmayacam. Qərarımı yayda vermişdim, miladdan əvvəl Adriano Qallianiyə söylədim. Qərarım dəyişməyəcək. Buradakı karyeramı ən yaxşı şəkildə tamamlamaq istəyirəm. Sonsuza qədər bir klubda qala bilməzsiniz. Dörd ildi buradayam və yaxşı işlər gördüyümə inanıram. Son 4 mövsümdə davamlı olaraq Çempionlar Liqasınayıq”.
 
2010-cu ildən “Milan”ı çalışdıran Alleqri ilk mövsümündə komandanı İtaliya çempionluğuna daşıyaraq 7 illik həsrətə son qoymuşdu.
Shares: