Topaz Premyer Liqasının iştirakçıları artıq çempionatın qalan hissəsinin hazırlığına start vermək üçün bir araya gəlməyə başlayıb. Futbolinfo.az xəbər verir ki, klublarımız ənənəvi olaraq qış fasiləsində ölkə xaricində hazırlaşırlar.
"Xəzər Lənkəran", "İnter" və "Qəbələ" artıq Türkiyədədi. Adıçəkilən klublarla yanaşı Premyer Liqasnın hazırkı lideri "Qarabağ"da bu gün Antalyaya yola düşür.
İkinci dövrəni 5-ci yerdə tamamlayan paytaxtın "Bakı" klubu isə təlim-məşq toplanışını İspaniyanın Malaqa əyalətində həyata keçirəcək. Bakılılar Marbelya şəhərində hazırlaşacaqlar. Yanvarın 11-dən 27-nə qədər təlim-məşq toplanışında olacaq "Bakı" bu müddətdə 4 yoldaşlıq görüşü keçirməyi də planlaşdırıb. Komandanın rəqibləri isə hələ məlum deyil. Bakılıların Çin çempionatında 2-ci pillədə qərarlaşan komanda ilə oyun keçirməsi gözlənilir. Paytaxt klubunun planlarına Madrid "Atletiko"su ilə oyun keçirmək də daxildi. Lakin rəqibin A, yoxsa B komanda olacağı bilinmir.





