"Mançester Yunayted" qış “transfer pəncərəsi”ndə heyətini gücləndirmək üçün böyük vəsait ayırıb. Futbolinfo.az xəbər verir ki, rəhbərlik baş məşqçi Devid Moyesə 200 milyon avroluq büdcə təqdim edib.
 
Onlar bu pulun qarşılığında çalışdırıcının istədiyi oyunçunu ala biləcəyini, qarşılığında isə komandanı liderlər sırasına qaytarmasını şərt qoyub. Moyesin bu məbləğin bir hissəsini xərcləyəcəyi gözlənilir. Onun ilkin seçimləri İlkay Gündoğan ("Borussiya" Dortmund), Koke ("Atletiko" Madrid), Marko Verratti (PSJ), Bles Matuidi (PSJ), Ander Herrera ("Atletik", Bilbao) kimi futbolçular olacaq.
 
"Qırmızı şeytanlar"ın ən önəmli transferləri yayda reallaşdıracağı gözlənilir. Həmin vaxt Marko Roys ("Borussiya", Dortmund) və Dieqo Kostaya ("Atletiko", Madrid) təklif göndəriləcək.
Shares: