Xəbər verdiyimiz kimi, "Qarabağ" 2014-cü ilə start verib. Futbolinfo.az xəbər verir ki, Ağdam klubu Premyer Liqanın 2-ci yarısının hazırlıqları üçün ötən gün bir araya gəldi.
Günorta saatlarında komanda ilin ilk hazırlığı üçün Bakı–İstanbul–Antalya reysiylə qardaş ölkəyə yollanıb. Günün ikinci yarısında Antalyanın Bələk bölgəsinə çatan "atlılar" ötən illərdə olduğu kimi yenə də "İc Santai" otelində məskunlaşıb. Türkiyədə 19 günlük hazırlıq keçəcək komanda yanvarın 26-da eyni reyslə də Bakıya qayıdacaq
Qeyd edək ki, hazırlıq prosesi dönəmində ağdamlılar 4 yoxlama oyunu keçirəcək. "Qarabağ" yanvarın 19-da Buxarest "Dinamo"su ilə qarşılaşacaq. Yanvarın 23-də isə Qurban Qurbanovun yetirmələri Qazaxıstan "Spartak"ı üzərində qüvvəsini sınayacaq. Ağdam klubu yanvarın 22 və 25-də daha iki oyunda qüvvəsini sınayacaq. Digər iki sınaqçı rəqiblərin adları isə yaxın günlərdə açıqlanacaq.





