Dünən ayağındakı zədə səbəbindən İstanbula yola düşən "Araz Naxçıvan"ın şərəfini qoruyan Mikayıl Rəhimovun vəziyyəti qənaətbəxşdi. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun meneceri Tahir Əliyev məlumat verib.
Menecer qeyd edib ki, həkim rəyinə əsasən müdafiəçinin müalicəsi qısa zaman kəsiyində yaxşılığa doğru dəyişəcək. Seansların ən azı bir həftə davam edəcəyini nəzərə çatdıran Əliyev 10 gün sonra Mikayılın yaşıl meydanlara dönə biləcəyini də vurğulayıb.





