“Neftçi”nin gənc futbolçusu İlham Allahverdiyev klubun rəsmi rəsmi saytına açıqlama verib. Futbolinfo.az sizi həmin açıqlama ilə tanış edir:
 
“Yenidən doğma komandamın heyətinə qayıtdığım üçün çox şadam. “Qaradağ Lökbatan” klubunda keçirdiyim bir ildə bacardığım qədər özümü inkişaf etdirdim. “Neftçi”də isə tam fərqli bir rəqabət var. Çempionluğa oynayan komandanın əsas heyətinə düşmək çətin olsa da, yaxın gələcəkdə bunu bacaracaq gücdə olduğumu düşünürəm. Vacib olan odu ki, klub rəhbərliyi və məşqçilər heyəti bizə güvənir və etimad göstərir. Bizə isə yalnız bu etimadı doğrultmaq qalır”.
Shares: