Mirbağır İsayevin 17 yaşlı futbolçulardan ibarət Azərbaycan yığmasının başına keçməsindən sonra boş qalan Elit Məşq layihəsinin rəhbəri vəzifəsinə Vidadi Rzayev gətirilir. Futbolinfo.az xəbər verir ki, AFFA rəhbərliyi hazırda işsiz olan çalışdırıcının bu postu tutmasına sıcaq yanaşır.
 
Qeyd edək ki, hələ bir müddət öncə Rzayev əsas millinin baş məşqçisi Berti Foqtsun köməkçisi olmağa namizəd idi. Lakin son nəticədə seçimdə Mahmud Qurbanova üstünlük verilmişdi.
 
Vidadi Rzayev cari mövsümün əvvəlində Gəncənin "Kəpəz" klubunun başına keçsə də, uğursuz nəticələrdən sonra tutduğu kürsüdən ayrılmışdı. O, hazırda Nizami yurdunun təmsilçisində aşağı yaş qrupları üzrə komandaların koordinatoru vəzifəsində çalışır.
Shares: