İtaliyanın "Milan" klubunun hücumçusu Mario Balotelli transferi haqda danşıb. Futbolinfo.az xəbər verir ki, 23 yaşlı forvard klubdan ayrılacağına dair yayılan xəbərləri təkzib edib:
 
“Ayrılmaq niyyətində deyiləm. Özümü ən yaxşı tərəfdən göstərib Dünya Çempionatına qədər hazır olmaq istəyirəm. Hazırda bundan başqa düşüncəm yoxdu".
 
Qeyd edək ki, qış “transfer pəncərəsi”ndə "Çelsi"yə transfer olunacağı iddia edilirdi.
Shares: