Xəbər verdiyimiz kimi, bir müddət öncə “Bakı” Futbol Akademiyasının 5 yetirməsi 3 illik təlim-tədris üçün klubun əməkdaşlıq etdiyi Madrid “Atletiko”sunun Uşaq Futbol Akademiyasına oxumağa göndərildi. Futbolinfo.az xəbər verir ki, 2000-2001-ci il doğumlu bu futbolçular 2016-cı ildə ölkəmizdə təşkil olunacaq 16 yaşadək futbolçular arasında Avropa çempionatında millimizin əsas heyətini təşkil edəcək.
 
Getdikcə bu siyasət geniş vüsət almaqdadı. Təqdirəlayiq işlərin davamı olaraq bu gün “Bakı” Futbol Akademiyasının daha dörd yetirməsi – Valeh Seyidov, Mahir Mədətov, Ülvi Süleymanov və Nicat Əsgərov uzunmüddətli təlim-tədris üçün daha bir tərəfdaş klub “Lans”ın düşərgəsinə yollanıb. Gənc futbolçularımız qarşıdakı həftələrdə “Lans”ın əsas komandası ilə birgə məşqlərə qatılacaq.
Shares: