“Barselona”nın maestrosu Xavi Hernandes maraqlı açıqlaması ilə gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi karyerasını “Nou Kamp”da bitirməyəcəyini vurğulayıb.
O, futbol həyatının sonuna qədər “Barsa”da qalmasının çətin olacağını ifadə edib: "Karyeramı burada bitirmək çətin görünür. Fiziki cəhətdən özümü yaxşı hiss edirəm, hətta ötən iki mövsümdən də yaxşı. Hər matçda oynamaq istəyirəm və bu istək sizə təsir edə bilər. Bir az fasilə verməliyəm. “Barselona”da xoşbəxtəm, buradakı fəlsəfəni sevirəm. Başqa bir klubda oynasam da, xoşbəxt ola bilərdim. Bilmirəm, amma prioritetim hər zaman “Barsa” olub. Məşqçilik mövzusunu hələ düşünməmişəm”.





