Təlim-məşq toplanışını Antalyada davam etdirən "Qarabağ"ın düşərgəsinə yeni futbolçu dəvət olunub. Futbolinfo.az xəbər verir ki, bu dağıstanlı Fərhat Qıstarovdu.
 
Rusiyanın ikinci liqa klublarından "Qazprom Transqaz"ın şərəfini qoruyan mərkəz yarımmüdafiəçinin 19 yaşı var. Dağıstanlı futbolçu ağdamlıların dünənki məşqində iştirak etməyə də imkan tapıb. Çox güman ki, "atlılar"ın baş məşqçisi Qurban Qurbanov Qıstırovla bağlı qərarını yaxın günlərdə açıqlayacaq.
 
Qeyd elək ki, Qıstarov ötən ilin yanvar ayında "Qəbələ"nin təlim-məşq toplanışına qoşulmuşdu. Ancaq həmin vaxt "qara-qırmızı"ların baş məşqçisi olmuş Ramiz Məmmədov həmin futbolçunu bəyənməmişdi.
Shares: