Son illərin ən çox danışılacaq transferlərindən biri olan Robert Levandovskinin “Borussiya”dan (Dortmund) “Bavariya”ya keçidi hələ də “sarı-qaralar”ın azarkeşləri tərəfindən qəbul edilmir. Futbolinfo.az xəbər verir ki, Yurgen Kloppun komandası polyak qolçunu havayı yerə əldən buraxdığı üçün tərəfdarlar internet-forumlarda müxtəlif şəkillər paylaşmağa başlayıb.
 
Onlar “Bavariya”nın “Borussiya”nın futbolçularına göz dikdiyini göstərən bir foto paylaşıb. Əvvəlcə Mario Götze, daha sonra Levandovskini Dortmunddan qoparan “pivəçilər”in növbəti hədəfinin Marko Roys olduğuna işarə vurulub.
Shares: