Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 13-16-cı yerlər uğrunda görüş çərçivəsində Azərbaycan və Latviya yığmaları arasında keçirilmiş oyundan (1:1, pen. 3:0) sonra komandamızın baş məşqçisi Nikolay Adam fikirlərini bildirib. Futbolinfo.az sizi almaniyalı mütəxəssisin müsahibəsini diqqətinizə çatdırır.
– Öncə Yaponiya komandasına qarşı keçirilmiş ötən oyuna qayıtmaq istərdim. Mübahisəli anın təkrarına baxdım. Yaponiya yığması və hakimlər briqadası qarşısında üzr istəmək istəyirəm. Həqiqətən də, oyundankənar vəziyyət yox idi. Oyunçumuza qırmızı vərəqə haqlı göstərilmişdi. Bu gün keçirilmiş oyuna gəlincə, paltardəyişmə otağında futbolçularıma bu oyunda qələbə qazanmaq lazım olduğunu dedim. Ancaq bunu əsas vaxta etmək müyəssər olmadı. Birinci hissə dəhşətli idi. İkinci hissə isə normal keçdi. Bu, deyə biləcəyim hər şeydi.
-11 metrlik seriyanı necə qiymətləndirirsiz? Siz qapıçını demək olar ki, penaltilər ərəfəsində əvəzlədiniz…
– Bu qapıçını Azərbaycan yığmasında işlədiyim müddətdə tanıyıram. Bilirəm ki, penalti onun güclü tərəfidi. Biz onu oyunun sonuna iki dəqiqə qalmış meydana buraxdıq və siz onun güclü tərəflərini müşahidə edə bildiniz.
– Oyunun sonlarında latviyalı futbolçuların görüşü öz xeyrinə dəyişmək üçün iki imkanı vardı. Ürəyiniz düşmədi?
– Əgər penaltilər seriyası haqda danışırıqsa, onda mənimlə razılaşarlar ki, məşqçi üçün fərqi yoxdu. Çünki ikinci hissənin sonunu vəziyyətlərə görə uduzduq. Ümumilikdə, biz oyunu demək olar ki, bütünlüklə uduzduq. Yunanıstanla oyunda qələbəni əldən verdiyimiz kimi. Yəni, bunlar təhlili mütləq olan vəziyyətlərdi. Ancaq penaltilər seriyası yox. Bəli, qələbəmiz xoş olsa da, təhlil üçün səbəb deyil. Bu, psixoloji baxımdan müsbət olsa da, əslində bir heçdi. “Ürəyə” gəlincə, ürəyim düşmür, mən qərar qəbul edirəm və bu qərarlar müsbət və ya səhv ola bilər. Ancaq bunlar mənim qərarımdı.
– Onda sizin qərarlarınız üzrə sual. Siz komandanızın ən yaxşı oyunçusu qismində Bəhlul Mustafazadənin adını çəkdiniz. Penaltilər seriyasından sonra qərarınızı üç zərbəni dəf edib bir penaltini sərrast ifa etmiş qapıçının xeyrinə dəyişmək istəmədiniz?
– Əslində mən onun bu səbəbdən ən yaxşı adlandırdım ki, o, qol vurdu və necə isə fərqlənə bildi. Mən onu ən yaxşı adlandırdım, çünki, oyunun 92 dəqiqəsini əla oynadı. Bu gün o, hətta öz mövqeyində oynamırdı. Bu da, onun komandanın fəaliyyətinə daha çox pay verdiyini göstərir. Komandamızda bir neçə istedadlı futbolçu var. Onların tərəqqisini görəndə, məmnun olursan. Çünki, biz məhz buna görə işləyirik.





