“Arsenal” qış “transfer pəncərəsi”ndə ənənəvi siyasətini həyata keçirəcək. Futbolinfo.az xəbər verir ki, “topçular” heyətə gənc oyunçular cəlb etməyi məqsəd güdür.
Əsas hədəflərdən biri Madrid “Real”ının forvardı Alvaro Moratadı. İngiltərə mətbuatına inansaq, artıq tərəflər razılıq da əldə edib. Morata mövsümün sonuna qədər “Arsenal”da icarə əsasında çıxış edəcək. İndi tərəflər icarənin məbləğini müəyyənləşdirməlidi. Razılaşmaya əsasən, London klubu müddət bitdikdən sonra Moratanı alma opsiyasına malik olmayacaq.
Yeri gəlmişkən, “Şalke”nin yarımmüdafiəçisi Yulian Draksler də bu ay “Arsenal”a keçə bilər. Baş məşqçi Arsen Venger Teo Uolkotun zədəsindən sonra hücum xəttini gücləndirmək fikrindədi. Onun fikrincə Draksler Uolkotu layiqincə əvəz edə bilər.
Xatırladaq ki, almaniyalı ötən yay klubu 5 illik müqavilə imzalayıb. Şərtlərə əsasən, onu almaq istəyən klub 40 milyon funt ödəməlidi.





