İspaniya La Liqasının lideri “Atletiko" (Madrid) ilk qış transferini gerçəkləşdirib. Futbolinfo.az xəbər verir ki, “zolaqlılar” Leo Baptistanı "Betis"ə icarəyə göndərib.
Razılığa əsasən, braziliyalı hücumçu mövsümün sonuna qədər "Betis"də oynayacaq.
Qeyd edək ki, ötən mövsüm "Rayo Vallekano"dan "Atletiko"ya transfer olunan Baptista cari mövsümə yaxşı başlasa da, sonradan zədələnmiş və formadan düşmüşdü.





