İtaliya A Seriyasının prezidenti Maurisio Beretta çempionatda mübarizə aparan klubların sayının azaldılma ehtimalı olduğunu bildirib. Futbolinfo.az xəbər verir ki, o, yaxın günlərdə klub rəhbərləri arasında iclas keçirərək turnir iştirakçılarının 18-ə endirilməsini müzkirəyə edəcəklərini deyib:
 
"Bu məqam üzərində ciddi fikirləşməliyik. Onu dərindən araşdırmalıyıq. Əgər komandaların sayı azalsa, A seriyasının tərk edəcək klubların miqdarını da dəyişməliyik. Hazırda qəbul etmək istədiyimiz variant güclülər dəstəsini bir komandanın tərk etməsidi. Belə olan halda liqa həm sabit , həm də mənfəətli ola bilər. Bu yolla biz NBA sisteminə yaxınlaşmış olarıq".
 
Hazırda A Seriyasında 20 klub mübarizə aparır.
Shares: