“Mançester Yunayted”in baş məşçisi Devid Moyes qış “transfer pəncərəsi”ndə 3 futbolçu ilə yolları ayırmağa qərar verib. Futbolinfo.az xəbər verir ki, Anderson, Uilfred Zaha və Luiş Nani sözügedən oyunçulardı.
Bu futbolçuların çıxışından razı qalmayan Moyes heyətdə yer açmaq üçün bu oyunçuları göndərmək qərarına gəlib. Onların hər üçü ayın sonuna qədər MY-ni tərk etməlidi. Çox güman ki, Zaha icarə əsasında “Kardiff”ə, Nani isə Portuqaliya “Sportinq”inə keçəcək. Andersonla isə “Fiorentina” maraqlanır.
Onların taleyinə qarşıdakı günlərdə rəsmən aydınlıq gələcək.





