FİFA 2013-cü il üçün dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində keçirilən tədbirdə dünyanın ən güclüsü İspaniyanın "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo seçilib.
 
Onun əsas rəqibləri isə Frank Riberi və Lionel Messi idi. Lakin Ronaldo hər iki rəqibini geridə qoyaraq "Qızıl top"un sahibi olub.
 
Xatırladaq ki, bu mükafatı sonuncu dəfə Messi qazanmışdı.
Shares: