"Qəbələ"nin hücumçusu Daniel Subotiç Antalya toplanışı və Türkiyənin Super Liqa təmsilçisi "Konyaspor"a qarşı keçirilmiş yoxlama matçından danışıb. Futbolinfo.az saytının Antalyaya ezam olunmuş müxbiri ilə söhbətində o, bunları söyləyib:
 
"Çox məşq edirdik. Komamdamız yorulub. Əsas məqsədimiz çempionata hazırlaşmaqdı. "Konyaspor"la görüşün birinci hissəsində yaxşı oynadıq. Amma komandadakı yorğunluq fasilədən sonra öz sözünü dedi. Həm fiziki, həm də psixoloji cəhətdən yorulmuşuq. Bu məşqlərin nəticəsini qarşıdakı çempionat oyunlarında görəcəyik".
Shares: