Almaniyanın "Borussiya" (Dortmund) klubu Cənubi Koreya millisinin üzvünü transfer edib. Futbolinfo.az xəbər verir ki, söhbət 23 yaşlı futbolçu Donq-Von Jidən gedir. Dortmund təmsilçisi gənc oyunçu ilə 4 illik müqavilə imzalayıb.
 
Qeyd edək ki, Ji bir neçə gün öncə İngiltərə "Sanderlend"indən Almaniyanın "Augsburq" klubuna transfer olunub. Odu ki, koreyalı “Borussiya”nın heyətinə mövsüm bitfikdən sonra qatılacaq.
 
Yeri gəlmişkən, Dortmund klubu “İnter”in üzvü Andrea Ranokkiyanı rənglərinə bağlamaq üçün çalışmalara başlayıb. La Gazzetta dello Sport xəbər verir ki, almanlar müdafiəçiyə görə qarşı tərəfə 7 milyon avro ödəməyə hazırdı. Qeyd edək ki, "İnter" daha əvvəl futbolçunu 12 milyon avro məbləğində dəyərləndirmişdi.
Shares: