Türkiyədə təlim-məşq toplanışında olan "İnter" transfer çalışmalarını da davam etdirir. Futbolinfo.az xəbər verir ki, paytaxt klubu növbəti oyunçi ilə güclənib.
 
Belə ki, "bankirlər" MOİK-in qapıçısı Eyyub Əliyevi sıralarına qatıb. Qolkiper bundan sonra "bankirlər"in  əvəzedici komandasında oynayacaq.
 
Qeyd edək ki, Eyyub Əliyev MOİK-ə qədər "Neftçi" və "Simurq"da top qovub.
Shares: