"Qarabağ"ın yarımmüdafiəçisi Namiq Yusifovun futbolinfo.az saytına müsahibəsi
– Komandanızın Antalya toplanışı necə keçir?
– Bu, bizim cari mövsüm üçün son təlim-məşq toplanışımızdı. Hər bir futbolçu başa düşür ki, ciddi məşq edib, yaxşı forma yığmaq lazımdı. Çünki çempionat vaxtı bu cür məşqlər etmək imkanımız olmur.
– Bu, bizim cari mövsüm üçün son təlim-məşq toplanışımızdı. Hər bir futbolçu başa düşür ki, ciddi məşq edib, yaxşı forma yığmaq lazımdı. Çünki çempionat vaxtı bu cür məşqlər etmək imkanımız olmur.
– Qarşıda yoxlama görüşləriniz var. Bu matçlardan hansı nəticələri gözləyirsiz?
– Bildiyiniz kimi, yoxlama oyunları hazırlıq xarakteri daşıyır. Biz bu matçlarda olacaq səhvlərimizdən nəticə çıxarıb, çempionata yaxşı hazırlaşmalıyıq.
– "Qarabağ" digər klublardan fərqli olaraq heç bir transfer həyata keçirməyib. Sizcə, bu, komandanın bundan sonrakı çıxışına təsir etməyəcək?
– Allah bilir. Heç kim deyə bilməz ki, hansısa transfer olunan futbolçunun oyunu 100 faiz yaxşı alınacaq, özünü doğruldacaq. Ancaq təbii ki, yeni transferlərin olması komandada olan rəqabəti daha da artıra bilər.
– Öz hazırlığınızdan necə, razısız? Sizcə, mövsümün qalan hissəsində daha çox forma geyinmək şansı qazana biləcəksiz?
– Hazırlıqdan çox razıyam. Həmçinin də bütün komanda can-başla hazırlaşır. Forma geyinmək şansına gəldikdə isə, kimin oynamağından asılı olmayaraq, əsas "Qarabağ"ın uğurlu çıxışıdı.
– Mövsümün qalan hissəsinə lider kimi hazırlaşmaq sizdə arxayınlıq yaratmır?
– Xeyr. Hələ nə etmişik ki? İnşallah, mövsümü birinci yerdə başa vursaq, onda arxayın nəfəs alarıq.
– Sizin kimi, rəqibləriniz də mövsümün qalan hissəsinə ciddi hazırlaşır. Ümumiyyətlə rəqiblərinizin hazırlığı, transferləri ilə maraqlanırsız?
– Xeyr, maraqlanmıram. Fikrimi ancaq öz hazırlığımıza yönəltmişəm.
– Çempionluğa namizədlərdən olan "Neftçi"nin sükanı arxasına yenidən Böyükağa Hacıyev keçdi. Sizcə, bu amil əsas rəqibinizin xeyirinə işləyəcək, yoxsa əksinə?
– Fikrimcə, Böyükağa müəllim təcrübəli məşqçidi. Elə "Neftçi" də əla komandadı. Onu deyə bilərəm ki, mövsümün qalan hissəsi daha çətin olacaq.
EMİN SƏFƏROV





