Topaz Premyer Liqasının autsayderlərindən olan “Rəvan”ın Kamil Nurəhmədovla yollarını ayırması barədə xəbər vermişdik. Futbolinfo.az saytına açıqlamasında futbolçu özü bu barədə məlumat vermişdi.
O, klubun vitse prezidenti ilə söhbət edib, komandadan ayrıla biləcəyini bildirmişdi. Futbolçu saytımıza verdiyi açıqlamada hətta "Rəvan"la qış təlim-məşq toplanışına getməyəcəyini də dilə gətirmişdi. Ancaq üstündən bir müddət keçdikdən sonra Nurəhmədov "Rəvan"la təlim-məşq toplanışına yollandı. Görünür, Bayıl təmsilçisinin sabiq baş məşqçisi Şahin Diniyevin imtina etdiyi futbolçunun xidmətində yeni gələn türkiyəli mütəxəssis Güvənc Kurtar maraqlıdı.
Qeyd edək ki, "Rəvan"ın hazırki məşqçisi Güvənc Kurtar Şahin Diniyevin göndərdiyi Fredrik Holsteri də yenidən komandaya çağırmışdı. Ancaq məşqçinin bu futbolçu haqda fikirləri müsbət olmadığından yenidən göndərilmişdi.





