Türkiyənin “Gənclərbirliyi” klubunun qapıçısı Ramazan Köşenin futbolinfo.az saytına müsahibəsi
– "Xəzər Lənkəran"la oyun (2:0) haqqında nə deyə bilərsiz?
– Gözəl oyun oldu. Hər iki komanda meydanda bacardığını etməyə çalışdı. Futbolçular üçün də, baş məşqçi üçün də belə oyunlar yoxlanış baxımından önəmlidi. Nəticəyə fikir verməmək lazımdı.
– Rəqibinizi necə dəyərləndirərdiz?
– Yaxşı komandadı. Bizə qarşı necə oynadıqlarını hamı gördü. Qol vəziyyətləri yaratdılar, pressinq etdilər. Düşünürəm ki, biz bu gün yaxşı komandaya qarşı oynadıq.
– Sizcə, Mustafa Dənizli yaxşı bir komanda qura bilib?
– O, Türkiyədə ən güclü məşqçilərdən biridi. Nəticələrinə baxsanız, hər şeyi görəcəksiz. Azərbaycanda da yaxşı komanda quracağına və gözəl futbol oynayan bir kollektiv yaradacağına tam əminəm.
– “Xəzər Lənkəran”ın futbolçularından kimisə tanıyırdız?
– Yox, tanımırdım.
– Rəqibinizin yeni qapıçısı Vykeslav Tomiç 3 il Türkiyədə oynayıb…
– Onu yaxşı tanıyıram. 3 il “Karabükspor”da oynamışdı. Çox yaxşı bir qapıçıdı. O, “Xəzər Lənkəran” üçün çox şey edə bilər.
ELSEVƏR, ANTALYA





