Topaz Premyer Liqasının qalan hissəsinə İspaniyada hazırlaşan "Bakı" bu gün Marbelya toplanışı çərçivəsində növbəti sınaq matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, paytaxt klubu bu dəfə Ukraynanın "Dnepr" klubu ilə üz-üzə gəlib.
 
Qarşılaşma qolsuz başa çatıb..
 
Xatırladaq ki, "Bakı" İspaniyadakı ilk sınaq matçında Albaniyanın "Laçi" klubuna 4:0 hesabıyla qalib gəlmişdi. İspaniyanın "Real Balompedika Linense" klubu ilə görüş isə "zolaqlılar"ın 0:1 hesablı məğlubiyyəti ilə bitmişdi.
 
Yoxlama oyunu
19 yanvar
 
Bakı – Dnepr – 0:0 (0:0)

Shares: