Düsseldorf “Fortuna”sının yarımmüdafiəçisi Toğrul Erat komandanın əsas heyətində yeri ilə bağlı fikrini bildirməklə yanaşı, Azərbaycanın gənclərdən ibarət yığmasına gəlişini xatırlayıb. Futbolinfo.az Eratın fikirlərini diqqətinizə çatdırır.
 
“Fortuna”ın ikinci komandasının məşqçisi Taşkın Aksoy özünün köhnə tanışı, Azərbaycanın gənclərdən ibarət yığmasının baş məşqçisi Bernard Lippertdən mənimlə bağlı təklif almışdı. Lippert məni yığmaya dəvət edirdi və buna görə Aksoya müraciət etmişdi. Mən bu qərarıma valideynlərimin münasibətini öyrənmək istədim. Bununla bağlı onların heç bir problemi olmadı. Bu halda mən müvafiq sənədləri göndərdim və hazırda Türkiyə pasportu ilə yanaşı, Azərbaycan pasportum da var”.
 
Gənclər yığmasının əsas heyətindəki çıxışına gəlincə, yarımmüdafiəçi qısaca bildirib ki: “Mən ilk dəfə bu mövsümdə oynadım və mənim xoşuma gəldi”.
 
Erat “Fortuna”dakı çıxışına da toxunub: “Uğurlu çıxışım əsas heyətdə daimi yerimə təminat vermir. Bunun çün mən artırmalı və daha da yaxşı oynamalıyam. Həmçinin, yeni məşqçi üçün komandada hamı eynidi”.
 
Yarımmüdafiəçi bildirib ki, nail olduqları ilə kifayətlənmir: “Mən son iki il cani-dildən işləmişəm və heç zaman təslim olmamışam. Hər şey yüksələn xətlə davam etsə, bunun əleyhinə deyiləm”.
Shares: