Futbol üzrə İtaliya çempionatında 20-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, turun əksər görüşləri son oyun günündə baş tutub.
 
"Udineze"nin qonağı olan "Latsio" əzmkar qələbəyə sevinib. "Atalanta" "Kalyari"ni məğlub yola salıb. "Bolonya" "Napoli" ilə sülh bağlayıb. "Kataniya"nın qonağı olan "Fiorentina" darmadağına sevinib. "Kyevo" evdə "Parma"ya uduzub. "Cenoa" da "İnter"i məğlub yola salıb. "Sassuolo" "Torino"ya uduzub. "Milan" da "Verona"nı minimal hesabla üstələyib.
 
Turun digər görüşləri ilk oyun günündə keçirilmişdi.
 
İtaliya A Seriyası
20-ci tur
18 yanvar
 
Roma – Livorno – 3:0
Qollar: Destro, 6, Strotman, 36, Lyayiç, 78.
 
Yuventus – Sampdoriya – 4:2
Qollar: Vidal, 18; 41-pen, Lyorente, 24, Poqba, 78 – Barzaqli, 38-öz qapısına, Qabbyadini, 70.
 
19 yanvar
 
Udineze – Latsio – 2:3
Qollar: Di Natale, 8-pen, Badu, 68 – Kandreva, 63-pen, Latsari, 82-öz qapısına, Hernanes, 90.
 
Atalanta – Kalyari – 1:0
Qol: Bonaventura, 68.
 
Bolonya – Napoli – 2:2
Qollar: Byanki, 37; 90 – İquayn, 63-pen, Kallexon, 80.
 
Kataniya – Fiorentina – 0:3
Qollar: Fernandes, 25, Matri, 28; 41.
 
Kyevo – Parma – 1:2
Qollar: Paloşi, 15 – Kassano, 28, Lukarelli, 90.
 
Cenoa – İnter – 1:0
Qol: Antonelli, 83.
 
Sassuolo – Torino – 0:2
Qollar: İmmobile, 25, Briqi, 49.
 
Milan – Verona – 1:0
Qol: Balotelli, 82-pen.
 
1 Yuventus 20 18 1 1 50 14 +36 55
2 Roma 20 14 5 1 42 10 +32 47
3 Napoli 20 13 4 3 43 22 +21 43
4 Fiorentina 20 12 4 4 37 20 +17 40
5 İnter 20 8 8 4 38 24 +14 32
6 Verona 20 10 2 8 34 31 +3 32
7 Parma 20 7 8 5 31 27 +4 29
8 Torino 20 7 8 5 33 27 +6 29
9 Latsio 20 7 6 7 26 28 –2 27
10 Cenoa 20 7 5 8 20 24 –4 26
11 Milan 20 6 7 7 32 30 +2 25
12 Atalanta 20 7 3 10 21 29 –8 24
13 Sampdoriya 20 5 6 9 24 31 –7 21
14 Kalyari 20 4 9 7 19 29 –10 21
15 Udineze 20 6 2 12 20 31 –11 20
16 Kyevo 20 4 5 11 15 26 –11 17
17 Sassuolo 20 4 5 11 21 43 –22 17
18 Bolonya 20 3 8 9 19 35 –16 17
19 Livorno 20 3 4 13 16 36 –20 13
20 Kataniya 20 3 4 13 13 37 –24 13
Shares: