“Mançester Yunayted”in baş məşqçisi son vaxtlar komandanın pis gedişatda olmasına münasibət bildirib. Futbolinfo.az xəhər verir ki, o, haqqında istefa verəcəyi ilə bağlı yayılan xəbərlərin əsassız olduğunu və MY-nin mübarizəyə davam edəcəyini deyib:
"Turnir cədvəlində hazırkı yerimiz və "Mançester Siti"nin uğurlu oyunu dünya futbolundakı mövqeyimizə təsir edəcək? Bu sualın cavaba ehtiyacı yoxdu. "Mançester Yunayted" təkcə İngiltərənin deyil, həm də dünyanın ən böyük klubudu. İnanmıram ki, şan-şöhrətimiz azaldı. Dqzdü, bəzi nəticələr istədiyimiz kimi olmadı, amma bununla belə, biz böyük klub olaraq qalırıq. Düşünmürəm ki, futbolçular artıq karyerasını "Mançester Yunayted"də davam etdirmək istəmir. Heç də belə deyil. Ola bilsin ki, bəzi futbolçular pula görə klub seçirlər. Amma onlardan hansı klubda oynamaq istədiklərini soruşsanız, MY cavabını verəcəklər. Bu isə klubumuzun dünya futbolunda hazırkı statusu ilə bağlıdı".
Moyes cari mövsümün əvvəlidən mankunyanları çalışdırır.





