Son günlər Avropa mətbuatında "Mançester Yunayted" və PSJ arasında dünya gündəminə oturacaq transfer reallaşacağı ilə bağlı xəbərlər dolaşır. Futbolinfo.az xəhər verir ki, Britaniya mətbuatı mankunyanların ulduz qolçusu Edinson Kavaniyə göz dikdiyini iddia edib.
 
"Daily Star"ın xəbərinə görə, Premyer Liqa nəhəngi uruqvaylı qolçunun rənglərinə bağlamağı qəti şəkildə düşünür.
 
Mançester klubunun rəhbərliyi "transfer pəncərəsi"nə bu il 150 milyon funtluq büdcə ayırıb. Bu məbləğin böyük hissəsi məhz Kavanin alınmasına hesablanıb.
 
MY-nin idman direktoru Aleks Ferqyussonun Paris klubunun baş məşqçisi Loran Blanla bu transferin reallaşması haqda fikir mübadiləsi apardığı da deyilir.
Shares: