Topaz Premyer Liqasına verilən fasilədən istifadə edən klublarımız hazırlıqlarını Antalyada davam etdirirlər. Futbolinfo.az isə sizi bu dəfə mövsümün ilk 18 turunda diqqət çəkən bir məqamla tanış edəcək.
 
Sözsüz ki, ilk iki dövrə klublar üçün heç də asan keçmədi. Ötən 18 tur ərzində sakit və səs-küylü matçlarla yanaşı, futbolçuların aqressivliyi də çox nəzərə çarpırdı. Qış fasiləsinə qədər ən intizamsız komanda "Neftçi" və "Sumqayıt"dı. Bu iki komandanın 6 futbolçusu qırmızı vərəqə almaqla, meydanı vaxtından əvvəl tərk ediblər.
 
Hazırda turnir cədvəlinin lideri olan "Qarabağ"ın futbolçularının aktivində bir dənə də qırmızı vərəqə yoxdu. Ümumulikdə geridə qalan 18 tur ərzində futbolçular 30 dəfə hakimləri qırmızı vərəqə göstərməyə vadar ediblər.
 
Top qovanlarımız 13 dəfə qeyri-idman hərəkətinə görə cəzalanıblar. Onlar 5 dəfə rəqibi real qol imkanından məhrum etdiyinə görə meydanı vaxtından əvvəl tərk ediblər. Bu futolçulardan ikisi "Neftçi"nin üzvüdü. "Bakı", AZAL və "Simqayıt"ın üzvləri 1 dəfə isə sonuncu ümid fouluna yol verdikləri üzün qarşısında qırmızı vərəqə görüblər.
 
Hakimi təhqir etməyə görə 5 futbolçu cəzalanıb. "Simurq" və "Sumqayıt"ın futbolçuları bunu 2 dəfə ediblərsə, "Bakı"nın üzvü də 1 dəfə hakimi söyməkdən çəkinməyib.
 
Futbolinfo.az saytı olaraq  18 tur ərzində cəzalanan futbolçularını diqqətinizə çatdırırıq.
 
NEFTÇİ
 
Tur
Futbolçu
Hakim
Qovulma səbəbi
3
Elvin Yunuszadə
Əliyar Ağayev
Rəqibi qol imkanından məhrum etdiyi üçün
6
Bruno Bertuççu
Vüsal Əliyev
Qeyri-idman hərəkəti
13
Saşa Stamenkoviç
Fariz Yusifov
Rəqibi qol imkanından məhrum etdiyi üçün
14
Flavinyo
Rəhim Həsənov
Rəqibi vurduğuna görə
18
Elvin Yunuszadə
Orxan Məmmədov
Ciddi qayda pozuntusu
18
Mahir Şükürov
Orxan Məmmədov
Qeyri-idman hərəkəti
 
QƏBƏLƏ
 
Tur
Futbolçu
Hakim
Qovulma səbəbi
3
Vladimir Levin
Orxan Məmmədov
Qeyri-idman hərəkəti
6
Amit Quluzadə
Əlyar Ağayev
Qeyri-idman hərəkəti
17
Müşfiq Teymurov
Əliyar Ağayev
Oyunun bərpası gecikdirdiyinə görə
 
 
İNTER
 
Tur
Futbolçu
Hakim
Qovulma səbəbi
6
Abdulla Abatsiyev
Vüsal Əliyev
Qeyri-idman hərəkəti
 
BAKI
 
Tur
Futbolçu
Hakim
Qovulma səbəbi
2
Dyividas Çesnauski
Rəhim Həsənov
Qeyri-idman hərəkəti
5
Cavid Hüseynov
Rəhim Həsənov
Rəqibi bilərəkdən əllə vurduğuna görə
5
Aqil Məmmədov
Rəhim Həsənov
Hakimi təhqit etdiyinə görə
18
Şəhriyar Əliyev
Fariz Yusifov
Qeyri-idman hərəkəti
 
 
XƏZƏR LƏNKƏRAN
 
Tur
Futbolçu
Hakim
Qovulma səbəbi
15
Ağabala Ramazanov
Rauf Cabbarov
Aqressiv hərəkət
 
 
                                                          
 
SİMURQ
 
Tur
Futbolçu
Hakim
Qovulma səbəbi
7
Draqan Çeran
Rauf Cabbarov
Hakimi təhqir etdiyinə görə
8
İlkin Qırtımov
Fariz Yusifov
Köməkçi hakimi təhqir etdiyinə görə
10
İdan Vaytsman
Rauf Cabbarov
Qeyri-idman hərəkəri
 
 
AZAL
 
Tur
Futbolçu
Hakim
Qovulma səbəbi
7
Oskar Klava
Vüsal Əliyev
Rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə
15
Branislav Arsenyeviç
Rauf Cabbarov
Qeyri-idman hərəkəti
 
 
RƏVAN
 
Tur
Futbolçu
Hakim
Qovulma səbəbi
2
Miloş Adamoviç
Ramil Diniyev
Bilərəkdən əllə oyun
5
Ramazan Abbasov
Fariz Yusifov
Simuliyasiya
15
Rəşad Abdullayev
Vüsal Əliyev
Qeyri-idman hərəkəti
18
Mişel Balokoq
Rəhim Həsənov
Aqressiv hərəkət
 
 
Sumqayıt
 
Tur
Futbolçu
Hakim
Qovulma səbəbi
2
Vurğun Hüseynov
Vüsal Əliyev
Qeyri-idman hərəkəti
4
Kərim Diniyev
Vüsal Əliyev
Qeyri-idman hərəkəti
4
Məhəmməd Mirzəbəyov
Vüsal Əliyev
Rəqibi qol imkanından məhrum etdiyi üçün
9
Ruslan Qurbanov
Rəhim Həsənov
Qeyri-idman hərəkəti
15
Samir Abbasov
Fariz Yusifov
Hakimi təhqir etdiyinə görə
16
Ruslan Qurbanov
Rauf Cabbarov
Hakimi təhqir etdiyinə görə
Shares: