“Barselona” rəhbərliyi maraqlı bir üsula əl ataraq pul qazanmaq fikinə düşüb. Futbolinfo.az xəhər verir ki, katalonlar komandanın ev oyunlarını keçirdiyi "Nou Kamp" stadionunun altında qəbristanlıq tikmək qərarına gəlib.
 
Onlar bu qəbristanlığı azarkeşlərə icarəyə verməklə yeni gəlir mənbəyi yaratmaq istəyir. Əvvəlcə arenanın altında 500 qəbirin olması nəzərdə tutulub ki, bunlardan birinin icarə qiyməti 50-100 il arasında dəyişəcək. Müddətdən asılı olaraq qiymət 3-6 min avro olacaq.İlk mərhələdə Yaxın gələcəkdə isə yerlərin sayı 30 minə çatdırılacaq.
 
Artıq bu fikir layihə halına salınıb. İşi "Giem Sports" şirkəti gerçəkləşdirəcək. Bu günədək “Boka Xuniors” və “Hamburq” kimi klublar azarkeşləri üçün qəbirstanlıq tikdirsə də, onların heç biri bunu stadionun altında etməmişdi.
Shares: