Topaz Premyer Liqasının qalan 2 dövrəsinə Türkiyədə hazırlaşan “Qəbələ” bu gün Antalya toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb. Futbolinfo.az xəbər verir ki, Yuri Syominin yetirmələri Rusiyanın “Volqa” komandası ilə qarşılaşıb.
Oyunda hesab açılmayıb.
Xatırladaq ki, bölgə təmsilçisi buna qədər Türkiyənin “Maltepespor” (1:1), Qazaxıstanın “Spartak” (1:1) və “Tobol” (2:1), Türkiyənin Konyaspor (2:4) komandaları ilə qarşılaşmışdı.
Yoxlama oyunu
22 yanvar
Qəbələ – Volqa – 0:0





