İtaliyanın “Milan” klubunun yeni transferi Keysuke Honda qeyri-adi göstəricisi ilə tarixə düşüb. Futbolinfo.az xəbər verir ki, yapon futbolçu son 4 oyunu 4 müxtəlif məşqçinin rəhbərliyi altında keçirib.
 
ÇSKA-nın heyətində Leonid Sluskinin yetirməsi kimi son oyundan sonra “Milan”a keçən futbolçu burada əvvəlcə baş məşqçi kimi Massimiliano Alleqrinin oyunçusu olub. Daha sonra italiyalı istefaya göndərilib və Honda müvəqqəti olaraq onun yerinə keçən Mauro Tasottinin tapşırıqlarını yerinə yetirib. Son oyunda isə rəhbərlik Klarens Zeedorfu “Milan”a baş məşqçi gətirib ki, bu da onun son 4 oyunda 4-cü çalışdırıcısı olub.
Shares: