Fransanın PSJ klubu “Yuventus”da çıxış edən istedadlı yarımmüdafiəçi Pol Poqbanın transferində təkid edir. Futbolinfo.az xəbər verir ki, qış “transfer pəncərəsi” açılandan bəri oyunçunu izləyən Paris təmsilçisi Poqbanı vətəninə qaytarmaq üçün “Yuve”yə son olaraq 50 milyon avro təklif etməyi planlaşdırır.
Lakin bu təklifin qışda yox, yayda reallaşacağı gözlənilir. Fransa yığmasının 20 yaşlı üzvü həm də PSJ-də illik 8 milyon avro maaş alacaq ki, bu da inun hazırkı qazancından 2 dəfə çoxdu.





