Topaz Premyer Liqasının qalan hissəsinə Türkiyədə hazırlaşan "Simurq" transfer çalışmalarını da davam etdirməkdədi. Futbolinfo.az xəbər verir ki, dünəndən düşərgəyə baxış üçün daha bir futbolçu qoşulub.
 
Bu, belçikalı yarımmüdafiəçi Benjamin Lambotdu. 26 yaşlı futbolçu bugünkü yoldaşlıq görüşündə forma geyinəcək. Onun haqqında son qərarı isə məşqçilər korpusu verəcək.
 
Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi bir neçə klubun da şərəfini qoruyub. Benjamin "Tubis", "Virton", "Antverp" və "Lyers"in uğurları üçün çalışıb.
Shares: