AZAL heyətinə yeni futbolçu qatıb. Futbolinfo.az xəbər verir ki, bu, "Sumqayıt"ın sabiq qapıçısı Elçin Sadıqovdu.
Elçin Sadıqov "Sumqayıt"dan müəmmalı şəkildə ayrıldıqdan sonra AZAL-ın düşərgəsinə qoşulub. O, hətta komandanın səhər məşqində də iştirak edib. Xəbəri bizimlə söhbətində "təyyarəçi"lərin baş məşqçisi Vaqif Sadıqov da təsdiqlədi. Çox güman ki, yaxın günlərdə gənc qapıçı ilə müqavilə imzalanacaq.





