Uruqvay futbolunun tanınmış siması Dieqo Forlan karyerasını Yaponiyada davam etdirəcək. Futbolinfo.az xəbər verir ki, vaxtilə "Mançester Yunayted", “İnter”, "Atletiko" (Madrid) kimi klubların şərəfini qorumuş forvard "Sereso Osaka" klubunun uğurları üçün çalışacaq.
O, çıxış etdiyi Braziliya "İnternasional"ıyla müqaviləni pozub və Yaponiya təmsilçisi ilə 18 aylıq sözləşmə imzalayıb.
Qeyd edək ki, 34 yaşlı qolçu 2002-ci ildən Uruqvay millisinin də formasını geyir.





