Bir neçə gün əvvəl "Neftçi"nin sabiq baş məşqçisi Nazim Süleymanov saytımıza verdiyi müsahibədə maraqlı fikirlər səsləndirmişdi. O, komandanın qapıçılarla işləyən məşqçisi Neboyşa Manoyloviç haqda danışarkən, bu mütəxəssisin 7 ildi "Neftçi"də türmədə olduğunu bildirmişdi.
 
Hazırda komandasıyla birgə Antalya toplanışında olan serb mütəxəssis redaksiyamıza telefon açaraq Süleymanovun fikirlərinə öz münasibətini bildirib. Futbolinfo.az saytına açıqlamasında əcnəbi məşqçi bunları dilə gətirib:
 
"Nazim müəllim məndən niyə narazılıq edir? Mən ona nədə mane olmuşam? Süleymanov komandanı qəbul edərəkən başqa köməkçilərinin olmayacağını biləndə çıxıb gedə bilərdi. Avropalı məşqçi kimi birinci dəfədi ki, belə halla üzləşirəm. Mən burada 7 ildi işləyirəm. Əgər mən "Neftçi"də türmədə olsaydım, burada qalmazdım. O səmimiyyət göstərib, mənim ailəmlə maraqlanıb. Mən də ona səmimi cavab vermişəm. Bəli, mən Bakıda tək yaşayıram, ailəm Serbiyadadı. Darıxıram. Amma türmədə olsaydım, mən burada qalmazdım. Bu, yalnış məlumatdı. Yeri gəlmişkən, Süleymanovun diqqətinə çatdırıram ki, mənim qızım yox, oğlum var. Klubda olan hər kəs bunu bilir. Əgər o mənimlə ətraflı danışsaydı, dedikləri həqiqət olsaydı, bilərdi ki, mənim oğlum var, qızım yox".
Shares: