Antalyada hazırlıqları davam etdirən “Xəzər Lənkəran”da itkilər qalmaqdadı. Futbolinfo.az xəbər verir ki, komandanın ruminıyalı yarımmüdafiəçisi Adrian Pit və yeni transfer Slavik Alxasov hələ də zədələrini sağalda bilməyiblər.
Əldə etdiyimi məlumata görə, hər iki futbolçunun zədəsinin sağalması hələ bir həftə çəkəcək. Onların hər ikisi qış fasiləsindən sonrakı ilk tura təsadüf edəcək “Qarabağ”la oyunu buraxacaq.





