Türkiyə Super Liqasında növbətin turun oyunları baş tutub. Futbolinfo.az xəbər verir ki, "Bursaspor" "Əskişəhərspor" matçında maraqlı hadisə yaşanıb.
Matçın 72-ci dəqiqəsində qonaqların qapıçısı qırmızı vərəqə ilə cəzalanaraq meydandan qovulub. Buna kimi bütün dəyişiklikdən istifadə etdiyi üçün qonaqların qapısına müdafiəçi Sərvət Çətin keçib. O, hətta 83-cü dəqiqədə Tayvonun vurduğu penaltini də dəf edib.
Qeyd edək ki matç 3:1 hesabı ilə ev sahibinin xeyrinə başa çatıb.





