"Mançester Yunayted" nəhayət ki, istəyinə çatıb. Futbolinfo.az xəbər verir ki, rəhbərliyin komandanın ulduz qolçusu Ueyn Runi ilə apardığı yeni müqavilə danışıqları öz bəhrəsini verib.
İngiltərəli düz üçüncü cəhddə MY-nin təklifini qəbul edib. Hücumçu "qırmızı şeytanlar"la 4 illik razılığa gəlib. Runi yeni müqaviləyə əsasən 2018-ci ilə qədər "Old Traford"da olacaq. 28 yaşlı ulduzun maaşında da artım olacaq. O, həftəlik 250 min yox, 300 min funt qazanacaq.
Qeyd edək ki, Runin qarşıdakı günlərdə rəsmi müqavilə imzalayacağı gözlənilir.





