Bir müddət öncə "Monako"nun hücumçusu Radamel Falkaonun uzun müddətə zədələndiyi və DÇ-2014-də iştirak edə bilməyəcəyi haqda məlumat vermişdik. Lakin son müayinələrdən sonra verilən xəbər futbolsevərləri sevindirib.
 
Futbolinfo.az xəbər verir ki, onu əməliyyat edən həkim Joze Karlos Noronya futbolçunun bərpa prosesi haqda danışarkən onun mundialda iştirak şansları olduğunu deyib:
 
"Düşünürəm ki, Radamelin dünya çempionatında iştirak etmək şansları 50 faizdi. Yaxın 3,5 ay ərzində bərpa kursunu addım-addım keçməlidi. Yalnız bundan sonra dəqiq nəsə söyləmək olar".
Shares: