Polşanın “Şlensk” klubunun baş məşqçisi Stanislav Levı “Neftçi” ilə baş tutan yoxlama oyunundan sonra fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
 
“Maraqlı oyun oldu. “Neftçi” təcrübəli komandadı, zəif rəqib deyil. Bizə qarşı aqressiv və sürətli oynadılar. “Neftçi” xüsusən cinahlarda yaxşı təsir bağışlayırdı. Bilirdik ki, “Neftçi” daha çox gənc futbolçulara şans verib. Biz də hər iki hissədə fərqli heyətlə çıxış etdik. Sevinirəm ki, yetirmələrim tapşırıqlarımı yerinə yetirdilər. Rəqibə Azərbaycan çempionatında uğurlar arzulayıram. Ümid edirəm ki, bu mövsüm də “Neftçi” çempion olacaq”.
Shares: