“Atletiko” mövsümün sonunda komandanı tərk edəcəyi gözlənilən Dieqo Kostaya əvəz axtarır. Futbolinfo.az xəbər verir ki, Braziliya əsilli ispan forvardın ən böyük “elçi”si isə “Çelsi”di.
Avropa mətbuatında yayılanlara görə, London klubu Kostanın transferində Romelu Lukakudan da istifadə etmık istəyir. Onlar Dieqo üçün ödəniləcək pulun müəyyən hissəsini hazırda “Everton”da icarədə olan Lukaku vasitəsilə bğlamaq istəyir. Lakin hələ ki, “Atletiko” bu təklifə müsbət cavab verməyib.
Əgər bu keçid baş tutmasa, “Çelsi”nin PSJ-də çıxış edən Edinson Kavani üçün 50 milyon funt təklif edəcəyi bildirilir.





